Rusiya mətbuatı: “Anatoli Demyanenko yetirmələrinin bədbəxtliyini dostluqda görürdü”
24.04.2008 - 14:39
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Anatoli Demyanenko istedadlı yetirmələrinin az qala bütün bədbəxtliklərinin əsas səbəbi kimi oyunçuların möhkəm dostluğunu görürdü”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözlər Kiyevin “Dinamo” klubunun oyunçuları Aleksandr Əliyev və Artyom Milevski ilə görüşdə deyilib. Rusiya kanallarından birinin qonağı olan istedadlı futbolçular Bakının “Neftçi” klubunun baş məşqçisi A.Demyanenkonun “Dinamo”da çalışdığı vaxtı narazılıqla xatırlayıb. A.Əliyevin sözlərinə görə, mütəxəssis onları ayırmaq istəyib: “Neçə illər bir komandada oynamışıq. Həmişə bir qalırdıq. Lakin Demyanenko ikimizin birlikdə olmasına icazə vermirdi. Bunu bir-birimizə pis təsir etməklə izah edirdi”.
0
0