Ağasəlim Mircavadov: “Milli komanda yenə qrup sonuncusu olacaqsa, milliləşən futbolçu nəyə lazımdır?”
24.04.2008 - 15:15
Ağasəlim Mircavadov: “Milli komanda yenə qrup sonuncusu olacaqsa, milliləşən futbolçu nəyə lazımdır?”
O, əcnəbi həmkarlarının işləyəcəyi şəraitlə tanış olmasını peşəkarlığın göstəricisi sayır: “Azərbaycanda futbolçu, stadion probleminin olması məlum məsələdir. Berti Foqts çempionatımızı Almaniyanın 4-cü liqası ilə müqayisə edib. Maraqlıdır, almaniyalı mütəxəssis yığmamızı harada məşq etdirəcək? “Ədliyyə”, yoxsa Dövlət Yol Polisinin Xırdalandakı stadionunda? Bilirsiniz, binanı tikəndə damdan yox, bünövrədən başlamaq lazımdır. Bizdə isə əksinədir. Səviyyəli əcnəbi mütəxəssisi uşaq futbolunun inkişafı üçün gətirməliyik”. B.Foqtsla şəxsən söhbətləşmədiyini deyən A.Mircavadovun sözlərinə görə, çalışdırdığı “Xəzər-Lənkəran”da çıxış edən braziliyalı futbolçuların milliləşməsi məsələsi müzakirə olunmayıb: “Ümumiyyətlə, milliləşmənin əleyhinəyəm. Hətta komandamızda braziliyalı futbolçu oynasa belə. Legionerləri 2-3 il oynatdıq, sonra necə olacaq? Ola bilsin ki, ölkəmizdə çıxış edən braziliyalılar arasında səviyyəsinə görə yığmamıza xeyir verəni var. Ancaq dünya və Avropa çempionatının final mərhələsinə çıxmayacağıqsa, yenə qrupda sonuncu yerlərdən birini tutacağıqsa, onda legioner nəyimizə lazımdır?”
Qeyd edək ki, “Olimpik”də çıxış edən braziliyalılar Fabio Luis Ramimlə Junivan Suaresi yığmaya gətirmən istəyən B.Foqts “Xəzər-Lənkəran”dan Mario Souza, Dieqo Qusmao və Denis Silvanı da bəyənib.
0