Branimir Subaşiç karyerasını “İnter” klubunda davam etdirəcək
                    
                    18.06.2008 - 18:28
                        
                        Artıq bu gün klub rəsmiləri ilə futbolçu arasında müqavilə bağlanılıb. Anlaşmanın müddəti açıqlamasa da, B.Subaşiç son Azərbaycan çempionunun mövsümlərarası fasilədə 4-cü transferi olub. “İnter” bundan öncə Portuqaliya çempionatında çıxış edən braziliyalılar – qapıçı Junior Vilsonla, müdafiəçi Danildo Assioli və Bakının “Standard” klubundan hücumçu Asif Məmmədovu transfer edib.  
Azərbaycana 2005-ci ilin yayında Rusiyanın “Amkar” klubundan gələn B.Subaşiç “Neftçi”nin heyətində Premyer Liqada 65 oyuna 31 qol, son 15 ayda şərəfini qoruduğu Azərbaycan milli komandasında isə 17 görüşdə 5 qol vurub.

                                0
                                
                                0