Azərbaycan klubları avrokubokların cari mövsümündə əmsalını 0,666-a yüksəldib
01.08.2008 - 12:10
Bakı. Mehman Süleymanov - APA-Sport. Azərbaycan klubları avrokubokların cari mövsümündə əmsalını 0,666-a yüksəldib. “APA-Sport” agentliyinin məlumatına görə, bu, UEFA kubokunda mübarizə aparan “Olimpik”in Serbiyanın “Voyvodina” klubu ilə Bakıda etdiyi heç-heçədən (1:1) sonra reallaşıb. Avrokuboklarda debüt mövsümündə mübarizəni ilk mərhələdən sonra dayandıran, səfərdə uduzan (0:1) paytaxt təmsilçisi evdə 0,166 xal qazanıb. UEFA-nın klub reytinqində 41-ci pillədə mövqeyini möhkəmlədən ölkəmizin son 5 mövsümün yekununa əsasən hesabında 4,498 xal var. Azərbaycan ötən mövsüm avrokuboklarda olduğu kimi 0,666 xal toplayıb. Qitə miqyaslı turnirdə qalan yeganə təmsilçimiz “İnter” avqustun 6-da Serbiyanın “Partizan” klubu ilə Belqraddakı cavab görüşündə də uduzmazsa, əmsal son 5 mövsümə görə ən yüksək olacaq. Azərbaycan ən yaxın izləyicisi olan Estoniyanı (4,332) 0,166 xal qabaqlayır. Bizi bir pillə qabaqlayan Makedoniyanın hesabında isə yenə 5,165 xal var.
Qeyd edək ki, UEFA-nın üzvü olan 53 ölkənin yer aldığı reytinq cədvəlinə İngiltərənin (65,276 xal) başçılıq edir.
Qeyd edək ki, UEFA-nın üzvü olan 53 ölkənin yer aldığı reytinq cədvəlinə İngiltərənin (65,276 xal) başçılıq edir.
0
0