Azərbaycan Premyer Liqasının III turunu idarə edəcək hakimlərin adları açıqlanıb
20.08.2008 - 14:47
Azərbaycan Premyer Liqasının III turunu idarə edəcək hakimlərin adları açıqlanıb
Hakimlikdən kənarlaşdırıldığı üçün uzun müddət Premyer Liqa oyunlarına baş hakim kimi çıxmayan Elçin Məmmədov, həmçinin Azad Mütəllimov mövsümdə ilk matçına çıxacaq. Əvvəlki iki turda olduğu kimi bu dəfə də iş başında olacaq Babək Quliyev üçüncü qarşılaşmada söz sahibi olacaq yeganə hakimdir. Bu da həftəsonu keçiriləcək turda 3 maraqlı qarşılaşmanın olması ilə əlaqədardır. Belə ki, Hakimlər Komitəsi prinsipiallıq daşıyan oyunların hamısını - “Olimpik” – “Karvan”, “Qəbələ” – “Neftçi” və “Bakı” – “İnter” qarşılaşmalarını idarə etməyi FİFA hakimlərinə tapşırıb.

III tur

23 avqust

“Standard” – “Qarabağ”

Baş hakim: Zöhrab Qədiyev
Hakim köməkçiləri: Aydın Ələkbərov, Munis Abdullayev, Tahir Əhmədov

“Simurq” – MOİK
Baş hakim: Elçin Məmmədov
Hakim köməkçiləri: Əliyar Ağayev, Azər Məmmədov, Əli Əliyev

“Turan” - NBC
Baş hakim: Azad Mütəllimov
Hakim köməkçiləri: Mübariz Haşımov, Aleksandr Musatkin, Elnur Muradov

24 avqust

“Bakılı” – “Xəzər-Lənkəran”

Baş hakim: Əfqan Həmzəyev
Hakim köməkçiləri: Ramiz Əsədov, Arif Ağayev, Hacıəli Ağayev

“Olimpik” “Karvan”
Baş hakim: Babək Quliyev
Hakim köməkçiləri: Rufulla Kərimov. İsgəndər Əliyev, Ceyhun Haşımov

“Bakı” – “İnter”
Baş hakim: Fariz Yusifov
Hakim köməkçiləri: Elman Musayev, İlham Əliyev, İmanxan Sultani

“Qəbələ” – “Neftçi”
Baş hakim: Vüsal Əliyev
Hakim köməkçiləri: Azad Q.Hüseynov, Azad Ə.Hüseynov, Ramil Diniyev
0