“Xəzər-Lənkəran” Mario Souza ilə iki illik müqavilə bağlayıb
20.08.2008 - 16:24
“Xəzər-Lənkəran” Mario Souza ilə iki illik müqavilə bağlayıb
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. “Xəzər-Lənkəran” braziliyalı futbolçu Mario Souza ilə yeni müqavilə imzalayıb. “APA-Sport” agentliyinin məlumatına görə, bir müddət əvvəl transferə çıxarılıb geri qaytarılan yarımmüdafiəçi daha iki il Lənkəran təmsilçisinin heyətində çıxış edəcək. Azərbaycan Premyer Liqasında ötən mövsümün ikinci dövrəsində 9 oyuna 4 qol vurduqdan sonra M. Souza Özbəkistanın “Paxtakor” klubu ilə danışıqlar apararaq bu komandanın düşərgəsinə yollanmışdı. O sonradan Azərbaycana qayıdaraq klub rəhbərliyinə karyerasını bitirənədək ölkəmizdə oynamaq istədiyini bildirib. Qeyd edək ki, M. Souza “Xəzər-Lənkəran”ın heyətində “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirinin qalibi olub.
0