Azərbaycan futbolçularının milli komandada 23-dən yuxarı nömrəli forma geyinmələrinə qadağa qoyulub
22.08.2008 - 13:59
Azərbaycan futbolçularının milli komandada 23-dən yuxarı nömrəli forma geyinmələrinə qadağa qoyulub
Sürix. Elşən Məmmədov – APA-Sport. Futbol üzrə Azərbaycan milli komandasının üzvləri 2010-cu il dünya çempionatının seçmə qrup mərhələsinin oyunlarında 23-dən yuxarı forma geyinə bilməyəcəklər. “APA-Sport” agentliyinin məlumatına görə, bununla bağlı FİFA rəhbərliyi qərar çıxarıb. Yeni qayda dünyanın bütün yığmalarına şamil edilib: “Dünya çempionatının final turnirində olduğu kimi, seçmə mərhələdə də futbolçular 1-dən 23-dək nömrəli formalarla oynamalıdırlar. Yəni, adı matçın iştirak ərizəsinə düşən futbolçuların arxalarında 1-dən 18-dək nömrələr yazılmalıdır. Bu zaman start heyətdə yer alanların 1-dən 11-dək nömrələrlə çıxış etmələri vacib şərt deyil”. Seçmə mərhələnin qarşılaşmalarında geyimlərdə oyunçuların soyadlarının yazılıb-yazılmaması isə milli assosiasiyaların öhdəsinə buraxılıb.
0