“Xəzər-Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirov istefa verib
27.08.2008 - 15:48
O, istefa qərarını belə izah edib: “Vitse-prezident postunda özümü doğrulda bilmədim. Buna görə də vəzifəmdən ayrılmaq qərarına gəldim. Artıq rəhbərlik istefa ərizəmi qəbul edib”. 2004-cü ildən “Xəzər-Lənkəran” rəhbərliyində yer alan T. Nadirov bundan sonra futbol sahəsində çalışıb-çalışmayacağını deməyib. Lənkəran komandasında vitse-prezident vəzifəsinin kimə tapşırıldığı hələlik məlum deyil.
Qeyd edək ki, bu, son bir ayda “Xəzər-Lənkəran”da sayca 6-cı istefadır. Öncə baş məşqçi Ağasəlim Mircavadov, məşqçilər Samir Ələkbərov, Tofiq İsmayılov, seleksiyaçı-məşqçi Bəxtiyar Musayev və menecer Vüsal Cəlilov komandadan ayrılıb.

0
0