AFFA daha bir hakimi cəzalandırıb
28.08.2008 - 11:56
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. AFFA Hakimlər Komitəsi Feyzulla Feyzullayevi cəzalandırıb. “APA-Sport” agentliyinin AFFA-nın rəsmi İnternet saytına istinadən məlumatına görə, respublika dərəcəli hakim qarşıdakı iki turdan kənarlaşdırılıb. Buna F. Feyzullayevin Azərbaycan Premyer Liqasının III turunda əvəzedici komandalar arasında keçirilən “Turan” – NBC görüşünün protokolunun doldurulmasında buraxdığı səhvlər səbəb olub.
Qeyd edək ki, Hakimlər Komitəsi cari mövsümdə protokol səhvləri ucbatından artıq 4 hakimi cəzalandırıb. İkinci turun qarşılaşmalarından sonra Anar Niyazovla Anar Salmanov 2, Əmrah İbrahimovla Zahid Həşimov isə 4 oyunluq diskvalifikasiyaya məruz qalıb.

0
0