“Vest Hem” klubunun baş məşqçisi: “Azərbaycanla oyun öncəsi Uels yığmasında anlaşılmaz şeylər baş verir”
28.08.2008 - 17:01
“Vest Hem” klubunun baş məşqçisi: “Azərbaycanla oyun öncəsi Uels yığmasında anlaşılmaz şeylər baş verir”
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Uels milli komandasında anlaşılmaz şeylər baş verir”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri İngiltərənin “Vest Hem” klubunun baş məşqçisi Alan Kurbisli deyib. O, dünya çempionatının seçmə qrup mərhələsində sentyabrın 6-da Azərbaycanla qarşılaşacaq Uels yığmasının baş məşqçisi Con Toşakın seçiminin anlaşılmaz olduğunu bildirib: “Toşakın “Vest Hem”də oynayan Kreyq Bellami və Ceyms Kollinzi milli komandaya hansı məqsədlə çağırdığını başa düşmürəm. Axı o bizim klubda çıxış edən oyunçuların durumunu məndən yaxşı bilmir. Bellami zədəli olduğundan üç həftə heyətdən kənarda qalıb və yalnız bu yaxınlarda hazırlığa qatılıb. Kollinz isə təxminən 6 aydır eyni problem üzündən meydana çıxmır”.
Qeyd edək ki, Con Toşak artıq C. Kollinzi Uels yığmasından uzaqlaşdırıb.
0