“İnter” komandasının futbolçusu Latviya yığmasına çağırılıb
29.08.2008 - 13:53
Riqa. Elşən Məmmədov - APA-Sport. Latviya milli komandasının baş məşqçisi Aleksandr Starkov 2010-cu il dünya çempionatının seçmə qrup mərhələsində sentyabrın 6-da Moldova, 10-da isə Yunanıstana qarşı keçiriləcək matçlara çağırdığı futbolçuların siyahısını açıqlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, onun dəvət göndərdiyi 20 oyunçu arasında Bakının “İnter” komandasının üzvü Andrey Rubin də var. Bir həftə öncə “İnter”ə transfer olunan 29 yaşlı yarımmüdafiəçi artıq Azərbaycan Premyer Liqasında debüt edib. O, avqustun 24-də III tur çərçivəsində “Bakı” ilə görüşdə forma geyinib.
0
0