Böyükağa Ağayev: “Simurq”la oyuna qələbə üçün çıxacağıq”
29.08.2008 - 15:12
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Rəqibdən asılı olmayaraq, “Neftçi” yalnız qələbə məqsədilə meydana çıxır”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında “Neftçi”nin məşqçisi Böyükağa Ağayev deyib. Anatoli Demyanenkonun flaqmanın baş məşqçisi postundan istefasından sonra komandaya rəhbərlik edən B Ağayev sabah Azərbaycan Premyer Liqasının lideri “Simurq”a qarşı keçirəcəkləri oyunda qalib gələcəklərini söyləyib: “Matça tam hazırıq. Lakin futbolda hər şey olur. İlk iki turda uğursuzluğa baxmayaraq, “Simurq”la görüşdə 3 xal qazanmaq niyyətindəyik. Düşünürəm ki, bu vəzifənin öhdəsindən gələ bilərik. Düzdür, komandada cəzalı və zədəli oyunçular var. Üstəlik türkiyəli futbolçular fiziki cəhətdən hələ də çempionata tam hazır deyillər. Yeni baş məşqçi təyin olunanadək komanda mənə tapşırılıb. Məşqçi dəyişikliyinin oyunçulara psixoloji təsir edib-etmədiyini bilmirəm”.
Qeyd edək ki, IV tur çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Neftçi” – “Simurq” matçı sabah saat 21:00-da başlanacaq.
Qeyd edək ki, IV tur çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Neftçi” – “Simurq” matçı sabah saat 21:00-da başlanacaq.
0
0