Rusiyada keçirilən Anatoli Banişevskinin xatirə turnirinin qalibləri müəyyənləşib
29.08.2008 - 15:55
Rusiyada keçirilən Anatoli Banişevskinin xatirə turnirinin qalibləri müəyyənləşib
Nijni Novqorod. Elşən Məmmədov - APA-Sport. Rusiyanın Nijni Novqorod şəhərində Azərbaycanın mərhum futbolçusu Anatoli Banişevskinin xatirəsinə həsr olunmuş turnirə yekun vurulub. “APA-Sport” agentliyinin məlumatına görə, Nijni Novqorodda yaşayan Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin təşəbbüsü ilə baş tutan turnir uşaqlar, yeniyetmələr, böyüklər və veteranlar arasında keçirilib. Uşaqların yarışında qalib adını şəhər futbol akademiyasının komandası, yeniyetmələrin mübarizəsində “Nijni-Novqorod” klubu, böyüklərin turnirində isə Daxili İşlər Nazirliyi Akademiyasının komandası qazanıb. Veteranların mübarizə apardığı kateqoriyada isə birinci yerin sahibi penaltilər seriyasında müəyyənləşib. 11 metrlik zərbələri dəqiq yerinə yetirən Nijeqorodsk vilayətinin komandası DİN-i məğlub edib.
Qeyd edək ki, turnirə “Neftçi”nin veteranlardan ibarət komandası dəvət alsa da, kifayət qədər bilet tapa bilmədiyindən yarışa getməmişdi.
0