Anatoli Demyananko: “Mənim əvəzimə “Neftçi”yə təyin olunan Yurgen Gedeni tanımram”
29.08.2008 - 18:36
Tutduğu vəzifədən azad edildikdən sonra bir neçə gün Bakıda qaldığını söyləyən 49 yaşlı mütəxəssis bildirib ki, onu Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsun köməkçisinin əvəzləyəcəyindən məlumatsız olub. A. Demyanenko flaqmandan kənarlaşdırılmasının “pərdəarxası oyunlar”ın nəticəsi olmadığını vurğulayıb. Bundan başqa, ukraynalı çalışdırıcı B. Foqtsu klubların işinə müdaxilə etməkdə suçlayıb: “Foqts milli komanda ilə yanaşı, klubları da öz nəzarətinə almaq istəyir. Halbuki belə hallara futbolun orta səviyyədə inkişaf etdiyi ölkələrdə də rast gəlinmir. O, bir şeyi anlamaq istəmir ki, yığmanın inkişafı klubların güclənməsindən asılıdır”.
Qeyd edək ki, bu ilin yanvarında “Neftçi” ilə anlaşmış A. Demyanenko ötən həftə istefaya göndərilib.
Qeyd edək ki, bu ilin yanvarında “Neftçi” ilə anlaşmış A. Demyanenko ötən həftə istefaya göndərilib.
0
0