Azərbaycan futbolçusu Belarus çempionatında ilk qolunu vurub
01.09.2008 - 10:44
Azərbaycan futbolçusu Belarus çempionatında ilk qolunu vurub
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının sabiq üzvü Elmar Xeyirov Belarus çempionatının güclülər dəstəsində ilk qolunu vurub. “APA-Sport” agentliyinin məlumatına görə, yarımmüdafiəçinin şərəfini qoruduğu “Darida” klubu 21-ci tur çərçivəsində səfərdə Minsk “Dinamo”su ilə görüşüb. Yaxşı təsir bağışlayan qonaqlar birinci hissədə rəqibi iki dəfə cəzalandırıblar. E. Xeyirov matçın 45-ci dəqiqəsində penaltini dəqiq yerinə yetirməklə, komandasının ikinci qolunun müəllifinə çevrilib. Böyük üstünlüyə baxmayaraq, “Darida” fasilədən sonra təşəbbüsü əldən verib. Nəticədə oyun heç-heçə başa çatıb - 2:2. Hazırda “Darida” 10 xalla yarış cədvəlinin sonuncu, 16-cı pilləsində qərarlaşıb.
0