“Qarabağ” komandası Premyer Liqada 100-cü dəfə məğlubiyyətlə üzləşib
01.09.2008 - 11:26
“Qarabağ” komandası Premyer Liqada 100-cü dəfə məğlubiyyətlə üzləşib
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Ağdamın “Qarabağ” klubu Azərbaycan Premyer Liqasında 100-cü dəfə məğlub olub. “APA-Sport” agentliyinin məlumatına görə, 2008/09 mövsümünün IV turunda “Bakı”ya 0:2 hesabı ilə uduzan ağdamlıların məğlubiyyətinin sayı 3 rəqəmli həddə çatıb. İndiyədək “Qarabağ” öz meydanında 27, səfərdə 69 dəfə məğlubiyyətlə barışıb. Bu komandanın daha 4 uğursuz oyunu isə neytral meydançada olub. Ağdamlılar ən çox 2000/01 (12 məğlubiyyət), ən az isə 1993 və 1993/94 (hərəsində 2 məğlubiyyət) mövsümlərində uduzublar. “Qarabağ”ı hamıdan çox “Turan” məyus edib - 14 dəfə. Komanda ən uğursuz dövrünü Ağasəlim Mircavadovla yaşayıb. Onun rəhbərliyi altında “Qarabağ” 22 dəfə rəqiblərinə təslim olub. Ümumiyyətlə, Ağdam təmsilçisi Premyer Liqada 16 mövsümə 414 qarşılaşma keçirib. Bu matçlarda 100 dəfə uduzan komanda 220 qələbə qazanıb, 94 oyun isə heç-heçə nəticələnib.
0