Braziliyalı futbolçu Robinyo rekord məbləğdə İngiltərə komandasına transfer olub
02.09.2008 - 11:06
Madrid “Real”ından alınan hücumçu 4 illik müqaviləyə imza atıb. “Mançester Siti” rəhbərliyi bu transferə 42 milyon avro xərcləyib. Əsl adı Robson de Souza olan 24 yaşlı futbolçu Braziliya milli komandasında 42 oyuna 11 qol vurub. Robinyonun İngiltərənin daha adlı-sanlı təmsilçisi “Çelsi”yə keçəcəyi gözlənilsə də, Roman Abramoviçin təklif etdiyi 30 milyon avro “Real”ın prezidenti Ramon Kalderonu qane etməyib.
Mançester şəhərinin digər klubu, Çempionlar Liqasının son qalibi “Mançester Yunayted” də “transfer pəncərəsi”nin bağlanmasına bir neçə saat qalmış heyətinə yeni oyunçu cəlb edib. “Qırmızı şeytanlar” Bolqarıstan yığmasının və “Tottenhem”in hücumçusu Dimitar Berbatovla anlaşıb. 27 yaşlı futbolçu 39 milyon avro müqabilində 4 illik müqavilə bağlayıb.

0
0