“Xəzər-Lənkəran” MOİK-lə yoxlama matçı keçirəcək
03.09.2008 - 13:32
Bakı. Aqşin Əliyev - APA-Sport. “Xəzər-Lənkəran” Azərbaycan yığmasının dünya çempionatının seçmə qrup mərhələsində keçirəcəyi oyunlarla əlaqədar yaranmış fasilədə yoxlama matçında qüvvəsini sınayacaq. “APA-Sport” agentliyinin məlumatına görə, Rasim Karanın rəhbərlik etdiyi kollektiv Premyer Liqanın debütantı MOİK-in əvəzedici komandası ilə qarşılaşacaq. Oyun sentyabrın 5-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda baş tutacaq. Bu matçda R. Kara Lənkəran klubunun düşərgəsinə yeni qoşulan futbolçuları sınamaq imkanına malik olacaq.
Qeyd edək ki, Premyer Liqanın ilk 4 turundan sonra 6 xal toplayan “Xəzər-Lənkəran” 7-ci pillədə qərarlaşıb. Ramil Əliyevin çalışdırdığı MOİK-in əvəzedici komandası isə 7 xalla 3-cü yeri tutur.
Qeyd edək ki, Premyer Liqanın ilk 4 turundan sonra 6 xal toplayan “Xəzər-Lənkəran” 7-ci pillədə qərarlaşıb. Ramil Əliyevin çalışdırdığı MOİK-in əvəzedici komandası isə 7 xalla 3-cü yeri tutur.
0
0