Azərbaycan yığmasının rəqibi ciddi problemlə üzləşib
03.09.2008 - 14:09
Azərbaycan yığmasının rəqibi ciddi problemlə üzləşib
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Dünya çempionatının seçmə mərhələsində Azərbaycanın rəqibi olan Lixtenşteyn yığması ciddi problemlə üzləşib. “APA-Sport” agentliyinin məlumatına görə, sentyabrın 10-da komandamızla qarşılaşacaq rəqibin bəzi oyunçuları yığmanın toplanışında iştirak edə bilmir. Lixtenşteyn futbolçuları həm zədə, həm də həvəskar olmalarının əziyyətini çəkir. Zədəsini sağaldan Mişel Polverino ən yaxşı halda avqustun 4-ü axşamkı məşqdə hazırlıqlara qatılacaq. Lixtenşteynlilər Almaniya ilə sentyabrın 6-da keçiriləcək oyuna hazır olacağı inandırıcı görünməyən M.Polverinonun məhz Azərbaycanla qarşılaşmada oynayacağına ümidlidir. Onun kimi tibbi müayinədən qayıdan Tomas Bek də yalnız sabah yığmaya qoşula bilər. Bencamin Fişer çiynində, Ronni Buşel isə belində olan ağrılara görə məşqlərdə tam qüvvə ilə iştirak edə bilmir. Lixtenşteyn komandasının problemləri həm də heyətində həvəskarların olması ilə bağlıdır. Rocer Bek və Fabio D’Elia əmək haqqı aldıqları peşə ilə məşğul olduqlarından yalnız iş saatı qurtarandan sonra yığmanın düşərgəsinə gəlir. Gənc David Hasler isə təhsil aldığından imtahanlara başı qarışıb.
0