“Xəzər-Lənkəran” - “Turan” matçını Elçin Məmmədov idarə edəcək
03.09.2008 - 15:54
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan Premyer Liqasının II turundan təxirə salınan “Xəzər-Lənkəran” – “Turan” oyununu idarə edəcək hakimlər müəyyənləşib. “APA-Sport” agentliyinin məlumatına görə, Lənkəranda keçiriləcək qarşılaşmanın baş hakimi Elçin Məmmədov olacaq. Premyer Liqanın arxada qalan 4 turunun hamısında təyinat alan hakim mövsümdə 5-ci dəfə iş başında olacaq. Bu göstəricidə bütün həmkarlarını qabaqlayan E.Məmmədov 3 dəfə ehtiyat hakim olubsa, ikinci dəfə baş hakim kimi meydana çıxacaq.
0
0