Türkiyə yığması Avro-2008-də 8-ci yerə layiq imiş?
04.09.2008 - 11:16
Bakı - APA-Sport. İsveçin məşhur “City” qəzeti bu ilin iyununda Avstriya və İsveçrədə keçirilmiş futbol üzrə 13-cü Avropa çempionatının ən yaxşı komandasını müəyyənləşdirib. “APA-Sport” agentliyinin məlumatına görə, mütəxəssislərin rəyinə əsasən hazırlanan siyahıda birinci yeri qitə çempionu İspaniya tutub. İspaniyalılara həlledici görüşdə uduzmuş (0:1) Almaniya yığması ikinci pillədə qərarlaşıb. Mübarizəni 1/4 finalda dayandırmış İtaliya isə ilk “üçlüy”ü tamamlayıb. Azərbaycan futbol həvəskarlarının da yaxından izlədikləri Türkiyə milli komandasının çıxışı isə gözlənilmədən aşağı qiymətləndirilib. Avro-2008-in bürünc medalını qazanmalarına baxmayaraq, “ay-ulduzlular” 8-ci yerlə kifayətləniblər.
0
0