Uels yığmasının yarımmüdafiəçisi: “Azərbaycana yuxarıdan aşağı baxmamalıyıq”
04.09.2008 - 11:39
Uels yığmasının yarımmüdafiəçisi: “Azərbaycana yuxarıdan aşağı baxmamalıyıq”
İngiltərənin “Tottenhem” klubunun yarımmüdafiəçisi sentyabrın 6-da Azərbaycanla keçiriləcək görüşdə azarkeşlərin dəstəyinə ümid edir. Baş məşqçi Con Toşakın U-21-dən dəvət etdiyi oyunçulardan biri olan K.Qanter Rusiya və Almaniya kimi rəqiblərin olduğu qrup səddini aşmaq iddiasındadır: “Seçmə mərhələyə qələbə ilə başlamağa borcluyuq. Buna görə Azərbaycanı, evdə məğlub etməliyik. Biz qalib gəldikcə, azarkeşlərimizi stadiona qaytaracağıq. İnanıram ki, tamaşaçılar gəlib qələbəmizdə pay sahibi olacaqlar. Azərbaycanla qarşılaşacağımız “Millenium” stadionunun özəlliyi ondadır ki, azarkeş kütləsinin nəticəyə təsiri böyükdür və biz də bundan yararlanmalıyıq”.
0