Beş türkiyəli futbolçu “Top-100”də
04.09.2008 - 12:15
Bakı - APA-Sport. UEFA 2007/08 mövsümündə Avropa ölkələrinin milli çempionatlarında və yığmalarda fərqlənən 100 futbolçunun adını açıqlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, “Top-100”ə Türkiyə milli komandasının 5 üzvünün adı düşüb. Siyahıda yer alan ən gənc türkiyəli oyunçu Arda Turandır. “Qalatasaray”ın 21 yaşlı yarımmüdafiəçisi ötən mövsüm Türkiyə Superliqası çərçivəsində “Sivasspor”la oyunda imza atdığı het-triklə diqqət çəkib. Bundan başqa, onun yığmanın heyətində Avropa çempionatında İsveçrə və Çexiyaya vurduğu qollar da bəyənilib.
“Vilyareal”ın şərəfini qoruyan Nihat Kahveçi öz sözünü həm İspaniya çempionatında, həm də Avro-2008-də deyib. O, Primeroda rəqib qapılarına 17 dəfə yol tapmaqla, “Vilyareal”ın ən məhsuldar üzvünə çevrilib. İyunda isə Nihat gücünü qitə birinciliyində göstərib.
“Top-100”ə düşən digər türkiyəlilər Semih Şəntürk, Volkan Dəmirəl (hər ikisi “Fənərbaxça”) və Hamit Altıntopdur (“Bavariya”).

0
0