Uels yığmasının məşqçisi: “Azərbaycanı məğlub etməyə borcluyuq”
04.09.2008 - 13:11
Uels yığmasının məşqçisi: “Azərbaycanı məğlub etməyə borcluyuq”
Bakı. Mehman Süleymanov - APA-Sport. Uels yığması Azərbaycanla keçirəcəyi rəsmi oyunda gənc futbolçulara bel bağlayacaq. “APA-Sport” agentliyinin məlumatına görə, əsas hücumçuları Kreyq Bellami və Freddi İstvudu itirən yığmanın məşqçiləri milli komandamıza qarşı belə yarışlarda böyük təcrübəsi olmayan futbolçulara güvənəcək. Uels yığmasının baş məşqçisi Con Toşakın köməkçisi Den Sanders yerli mətbuata açıqlamasında problemlərinin olduğunu gizlətməyib: “Bizim heyətlə bağlı problemlərimiz var. Bununla belə, sərəncamımızda meydana çıxıb, komandaya kömək etmək arzusu ilə alışıb-yanan bir neçə gənc futbolçumuz var. Biz Azərbaycan yığmasını məğlub etməyə borcluyuq”.
Qeyd edək ki, Uels milli komandamızla indiyədək keçirdiyi dörd rəsmi oyunun üçündə qələbə qazanıb, birində heç-heçə edib.
0