Azərbaycan - Lixtenşteyn matçı bolqarıstanlı hakimlərə tapşırıldı
04.09.2008 - 14:27
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan - Lixtenşteyn oyununu bolqarıstanlı hakimlər idarə edəcək. “APA-Sport” agentliyinin məlumatına görə, dünya çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 10-da keçiriləcək qarşılaşmanın baş hakimi Svetan Georgiyev olacaq. Ona həmyerliləri Nikolay Dyuqanski, Nikolay Angelov və Nikolay Yordanov kömək edəcək. Sentyabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Lixtenşteyn matçı saat 21:00-da başlayacaq.
0
0