Anqolalı futbolçu dünyanın ən varlı klubunda oynayacaq
04.09.2008 - 16:19
Anqolalı futbolçu dünyanın ən varlı klubunda oynayacaq
Bakı. Kənan Həsənov - APA-Sport. “Mançester Yunayted” klubu iştirak ərizəsinə daha bir futbolçunun adını əlavə edib. “APA-Sport” agentliyinin məlumatına görə, İngiltərə çempionu heyətini Anqola yığmasının üzvü Manuşu ilə gücləndirib. Afrikalı futbolçu dünyanın ən varlı klubu olan “Mançester Yunayted”lə üç illik müqavilə bağlayıb.
Qeyd edək ki, mançesterlilər bir neçə gün əvvəl “Totenhem” klubundan bolqarıstanlı hücumçu Dimitar Berbatovu da transfer edib.
0