Dubayda Hakan Şükür adına göydələn
04.09.2008 - 17:19
Bakı - APA-Sport. Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Dubayda Türkiyə milli komandasının və “Qalatasaray”ın sabiq futbolçusu Hakan Şükürün adına göydələn tikiləcək. “APA-Sport” agentliyinin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu sövdələşmə 37 yaşlı veteran hücumçuya 3 il ərzində 5 milyon dollar qazandıracaq. Bununla bağlı H. Şükür gələn ay Dubaya yollanacaq.
Qeyd edək ki, son illər Dubayın inşaat sektorunda məşhur idmançıların adından istifadə edilməsi adət halını almaqdadır. Öncə bu kurort şəhərdə məşhur tennisçi Boris Bekkerin adına göydələn ucaldılaraq, onu “B. B. qülləsi” adlandırıblar. H. Şükürdən sonra isə Dubayda “Formula-1”in əfsanəvi sürücüsü Mixael Şumaxerin adına göydələn inşa olunacaq.

0
0