Albaniya yığması Azərbaycanla oyuna 20 futbolçu çağırıb
04.09.2008 - 18:31
Albaniya yığması Azərbaycanla oyuna 20 futbolçu çağırıb
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycanın gənclərdən ibarət milli komandasının rəqibi olan Albaniya yığmasının heyəti açıqlanıb. “APA-Sport” agentliyinin məlumatına görə, baş məşqçi Artan Buşati sentyabrın 5-də Xorvatiya, beş gün sonra Azərbaycanla qarşılaşmalar üçün 20 futbolçu çağırıb. Bunlardan 14-ü Albaniya, 6-sı xarici ölkə çempionatlarında çıxış edir.

Qapıçılar: Enea Koliqi (“İraklis”, Yunanıstan), Saymir Uykani (“Palermo”, İtaliya).

Müdafiəçilər: Renato Arapi (“Silkeborq”, Danimarka), Renato Malota (“Partizani”), Daniel Ramazani (“Şkumbini”), Arben Likmeta, Şakir Stafa (hər ikisi “Teuta”), Erbim Faqu (“Elbasani”), Besmir Arifay (“Flyamurtari”).

Yarımmüdafiəçilər: Yozef Thana (“Elbasani”), Erando Karabeçi (“Partizani”), Gerhard Pronyi, Bazion Traqay (hər ikisi “Besa”), Emilyano Vila (“Teuta”), İliryan Çauşhay, Hair Zekiri (hər ikisi “Flyamurtari”), Gilman Lika (“Naxetepe”).

Hücumçular: Entso Malindi (“Spartak”, Varna, Bolqarıstan), Cevahir Sukay (“Gənclərbirliyi”, Türkiyə), Brayan Filipi (“Ravena”, İtaliya).

Qeyd edək ki, millimizin seçmə mərhələdə rəqibi olan albaniyalılarla ötən il Bakıdakı görüş 1:1 hesabı ilə nəticələnib.
0