“Nyukasl” başsız qaldı
05.09.2008 - 09:45
“Nyukasl” başsız qaldı
Bakı. Elşən Məmmədov - APA-Sport. İngiltərənin “Nyukasl” klubunun baş məşqçisi Kevin Kiqan istefa verib. “APA-Sport” agentliyinin məlumatına görə, 57 yaşlı mütəxəssis qərarını işinə klub rəhbərliyi tərəfindən müdaxilələrin edilməsi ilə əsaslandırıb: “Mən rəhbərliklə dil tapmaq üçün çox cəhdlər etdim. Təəssüf ki, heç nə hasil olmadı. Fikrimcə, məşqçinin qərar qəbul etmək hüququ olmalıdır və ona lazım olmayan oyunçunu klub rəhbərliyi komandada saxlamamalıdır”.
Qeyd edək ki, ingiltərəli çalışdırıcı 2008-ci ilin yanvarından “Nyukasl”da çalışırdı.
0