Milli komandanın üzvünə bir illik cəza
05.09.2008 - 12:28
Milli komandanın üzvünə bir illik cəza
Bakı. Kənan Həsənov - APA-Sport. FİFA-nın Nizam-İntizam Komitəsi Serbiyanın olimpiya yığmasının üzvünü bir il müddətinə cəzalandırıb. “APA-Sport” agentliyinin məlumatına görə, buna Slobodan Raykoviçin Pekin Olimpiadasında Argentinaya qarşı oyunda etdiyi hərəkət səbəb olub. Komandasının 0:2 hesablı məğlubiyyətində omanlı baş hakim Əbdükara Əl-Xilalini günahkar hesab edən serbiyalı onun üzünə tüpürüb. S. Raykoviç idmançıya yaraşmayan hərəkətə görə 2000 İsveçrə frankı da ödəməli olacaq.
Qeyd edək ki, İngiltərənin “Çelsi” klubuna məxsus olan serbiyalı futbolçu icarə əsasında “Tvente”də (Hollandiya) çıxış edir.
0