Maradonadan şok iddia
05.09.2008 - 13:57
Maradonadan şok iddia
Bakı. Elşən Məmmədov - APA-Sport. FİFA prezidenti Zepp Blatter əfsanəvi futbolçu Dieqo Maradonanın qəzəbinə tuş gəlib.

“APA-Sport”un məlumatına görə, ali qurumun rəhbəri hazırda klubların oyunçularını istədikləri qiymətə alıb-satmaqla qula çevirdiklərini söyləyib.

Argentinalı veteran isə bildirib ki, qul elə Z.Blatterin özüdür: “Blatter bizə xidmət etmək üçün FİFA prezidenti kürsüsündə əyləşib. O, bizim qulumuzdur. Çünki biz onsuz da futbol oynaya bilərik. Amma Blatter bizsiz heç kimdir. O, heç topa necə zərbə endirməyi də bilmir”.











0