İngilislər Devid Bekhemsiz oynayacaqlar
05.09.2008 - 14:13
Bakı-APA-Sport. Devid Bekhem İngiltərə yığmasının heyətindən kənarlaşdırılıb. «APA-Sport»un məlumatına görə, ingilislərin baş məşqçisi Fabio Kapello 33 yaşlı futbolçuya müvəqqəti istirahət elan edib. Belə ki, Kapello sabah Andorra millisi ilə keçirəcəkləri 2010-cu il dünya çempionatının seçmə matçına Bekhemsiz heyət çıxaracaq.
Baş məşqçi Andorranı zəif rəqib saydığı üçün Bekhemsiz də keçinə biləcəklərini güman edib. Ulduz futbolçunu isə «Arsenal»ın 19 yaşlı oyunçusu Teo Uolkott tutacaq.
Qeyd edək ki, İspaniyanın Barselona şəhərində keçiriləcək Andorra – İngiltərə matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

0
0