Türkiyəli futbolçu əsgərlikdən qaçaraq Azərbaycana gəlib
05.09.2008 - 14:23
Türkiyəli futbolçu əsgərlikdən qaçaraq Azərbaycana gəlib
Bakı. Aqşin Əliyev - APA-Sport. “Xəzər-Lənkəran” klubuna transfer olunan türkiyəli Devran Ayhan Azərbaycana gəlişinin əsl məqsədini açıqlayıb. “APA-Sport”un məlumatına görə, 30 yaşlı futbolçu əsgərlik problemi ilə bağlı “Sivasspor”dan ayrıldığını deyib.

“Xəzər-Lənkəran”la iki illik müqavilə bağlayan D. Ayhan Azərbaycanda oynayacağı müddətdə əsgərlik problemini həll etmək niyyətindədir: “Gələcəyimi düşündüyüm üçün belə addım atdım. Mənə “Xəzər-Lənkəran”dan baş məşqçi Rasim Kara təklif göndərib. Hələ bir neçə il öncə “Çaykur Rizespor”da onun rəhbərliyi altında oynamışam”.

Qeyd edək ki, Türkiyədə alternativ həqiqi hərbi xidmətlə bağlı qəbul olunan qərara əsasən, ölkə xaricində iki il legioner həyatı yaşayan idmançı vətənə qayıtdıqdan sonra cəmi 3 həftə əsgərlik çəkir.





0