Ağasəlim Mircavadov Azərbaycan yığmasından narazıdır
05.09.2008 - 16:05
Bakı. Mehman Süleymanov - APA-Sport. “Berti Foqtsun rəhbərliyi altında Azərbaycan yığmasının bir-iki oyununu izləmişəm. Yalnız onu deyə bilərəm ki, Foqtsun heyəti hələ hazır deyil”. Bunu “APA-Sport”a açıqlamasında Azərbaycan milli komandasının sabiq baş məşqçisi Ağasəlim Mircavadov deyib.
Hazırda işsiz olan Mircavadov Foqtsun hələ də axtarışda olduğunu söyləyib: “O, heyətdə çox dəyişiklik edir. Müdafiə və yarımmüdafiədə problemlər var. Hücumda da vəziyyət istənilən səviyyədə deyil”.
6 sentyabr Azərbaycan milli komandasının tarixinə ən böyük hesablı məğlubiyyətlə düşüb. 1995-ci ilin həmin tarixində Oserdə Fransaya 0:10 hesabı ilə uduzduğu matçda Azərbaycan yığmasının baş məşqçisi Mircavadov olub. Əlamətlərə inanmadığını vurğulayan Mircavadovun sözlərinə görə, o vaxtdan artıq 13 il keçib və bu müddətdə məşqçilər, futbolçular, elə maliyyə vəziyyəti də dəyişib: “Mən həmin dövrdə yığmada ayda 12-14 dollar maaş alırdım, Foqts isə 2 milyon avroya işləyir”.
Bununla belə, Mircavadov bildirib ki, Uels yığması ilə sabahkı rəsmi oyunda milli komandamızdan inamlı oyun gözləyir: “Komandamız Kardiffdə çılğın oynamalıdır. İnam olmayan yerdə işləməyə dəyməz. Azərbaycan yığmasının yeni seçmə mərhələyə uğurla start götürəcəyinə ümidimiz böyükdür”.
Qeyd edək ki, A.Mircavadov Azərbaycan yığmasının sükanı arxasında xal qazana bilməyib.

0
0