Milli komandanın futbolçularının ataları reklam çarxında
05.09.2008 - 17:14
Bakı - APA-Sport. Türkiyə futbol yığmasının sponsorlarından sayılan “TTNet” şirkəti növbəti reklam çarxını hazırlayıb. “APA-Sport”un məlumatına görə, dünya çempionatının seçmə qrup mərhələsində Ermənistanla görüş ərəfəsində çəkilmiş çarxda “ay-ulduzlu” formanı daşıyan oyunçuların ataları rol alıblar. Reklamda Arda Turan, Sərvət Çətin, İbrahim Kaş, Uğur Boral, Volkan Dəmirəl, Gökhan Gönül, Kazım Kazım və Semih Şəntürkün atasını görmək mümkündür. Futbolçuların ataları çay süfrəsi ətrafında əyləşərək, şən əhval-ruhiyyədə söhbət edirlər. Milli komandaya dəstək məqsədilə çəkilən çarx bu gündən etibarən efirdə olacaq.
Qeyd edək ki, Avropa çempionatından öncə futbolçuların anaları reklama çəkilmişdilər. “Milli komanda anaları” adlanan reklamın efirdə getməsindən sonra Türkiyə yığması qitə birinciliyinin bürünc medalını qazanmışdı.

0
0