Üç xal bizim, qalanı ermənilərin
06.09.2008 - 11:11
İrəvan. Elşən Məmmədov - APA-Sport. “Biz İrəvana 3 xal üçün gəlmişik. Oyunun siyasi tərəfi ilə maraqlanmırıq”. “APA-Sport”un məlumatına görə, bu sözləri Türkiyə milli komandasının futbolçusu Arda Turan deyib. “Ay-ulduzlular”ın bu gün İrəvanda Ermənistan yığması ilə keçiriləcək oyunla bağlı fikirlərini bölüşən 21 yaşlı yarımmüdafiəçi qrup mərhələsinə yaxşı başlamaq istədiklərini bildirib. Bu səbəbdən, Arda qələbə qazanmaq məcburiyyətində olduqlarını vurğulayıb: “Komanda yoldaşlarımdan zədəlilər var. Amma biz bir kollektivik və hər çətinliyin öhdəsindən gəlməyə qadirik. Türkiyəyə 3 xalla dönəcəyik”.
Qeyd edək ki, “Razdan” stadionunda keçiriləcək Türkiyə - Ermənistan matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.
Qeyd edək ki, “Razdan” stadionunda keçiriləcək Türkiyə - Ermənistan matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.
0
0