Uelsə uduzduq
06.09.2008 - 21:30
Uels-Azərbaycan matçı meydan sahiblərinin üstünlüyü ilə başlayıb. Lakin, müdaifəçilərimiz ilk dəqiqələrdə rəqibin hücumlarının qarşısını almaqda çətinlik çəkməyiblər. Azərbaycan millisinin qapı istiqamətinə ilk zərbəsi isə 8-ci dəqiqəyə təsadüf edib. Lakin Fabio Luis Ramimin yerinə yetirdiyi cərimə zərbəsindən sonra top qapıdan xeyli aralı keçib. 3 dəqiqə sonra Branimir Subaşiç qol vurmağa yaxın olub. Amma, Uels komandasının qapıçısı Ueyni Honnesi bu zərbəni dəf edə bilib. Elə həmin dəqiqədə Rəşad Sadıqovun da zərbəsi dəqiq alınmayıb. 15 dəqiqəlik mübarizədən sonra Cavid Hüseynov əlverişli vəziyyətdə ötürmə etmək əvəzinə qapıya zərbə vurmaq qərarına gəlib ki, bu da özünü doğrultmayıb. Adalıların ilk real qol imkanı isə 28-ci dəqiqəyə təsadüf edib. Qapıçmız Kamran Ağayev ilk epizodda səhvə yol versə də, müdaifəçi Rail Məlikov onun səhvini düzəldib. Birinci hissənin sonlarına yaxın Kamran ustalığını göstərib. Ceyson Kumas uzaq doqquzluğu naşan alsa da, qapıçımız onun qol vurmaq arzusunun həyata keçməsinə imkan verməyib. Nəticədə fasiləyə qədər «Milennium» stadionuna toplaşmış azarkeşlər qol görməyiblər.
İkinci hissədə matçın makedoniyalı baş hakimi Aleksandr Stavrev Uelsin qələbə qazanması üçün əlindən gələni edib. O, əvvəlcə 66-cı dəqiqədə qapımıza penalti təyin edib. Halbuki, Rəşad Sadıqov rəqibə qarşı kobud oynamamışdı. Amma, qapıçmız Kamran Ağayev Kumasın zərbəsini dəf edə bilib. 3 dəqiqə sonra Stavrev yığmamızın lideri Fabio Luis Ramimi meydandan qovub. Məhz bundan sonra Uels komandası təzyiqi artırıb. Azlıqda qalmış millimiz 82-ci dəqiqəyə qədər qapısının toxunulmazlığını qorusa da, küncdən zərbə zamanı yaranmış qarışıqlıqda Səm Vouks hesabı açıb. Bu qol həlledici olub və Azərbaycan seçməsi dünya çempionatının seçmə mərhələsinin ilk matçında minimal hesablı məğlubiyyətlə barışıb.

0
0