Toşak Azərbaycan yığmasını təriflədi
08.09.2008 - 09:47
Toşak Azərbaycan yığmasını təriflədi
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Azəri futbolçulardan birinin meydandan qovulması xeyrimizə işləyən amil oldu. Məhz bu an başa düşdüm ki, qələbə qazana bilərik”. “APA-Sport”un məlumatına görə, bu sözləri Uels milli komandasının baş məşqçisi Con Toşak deyib. Toşak dünya çempionatının seçmə mərhələsində keçirilən Uels - Azərbaycan görüşündə qazanılan 1:0 hesablı qələbənin çətinliklə əldə olunduğunu bildirib: “Vurulmayan penaltidən sonra biz psixoloji cəhətdən quyunun dibinə düşmüşdük. Bizim üçün qol vurmaq çox çətin idi. Oyunun ən yaxşı futbolçusuna gəlincə, rəqibin qapıçısının hamıdan yaxşı olduğuna kimsə şübhə edə bilməz. Üç il əvvəlki ilə müqayisədə Azərbaycan yığması xeyli irəli gedib”.
Qeyd edək ki, Uelslə matçda Azərbaycan yığmasının braziliyalı yarımmüdafiəçisi Fabio Luis Ramim ikinci sarı vərəqə alaraq meydandan qovulub.
0