Qələbə həsrəti uzanır
08.09.2008 - 09:53
Bakı. Mehman Süleymanov - APA-Sport. Azərbaycanın 21 yaşınadək futbolçulardan ibarət milli komandası (U-21) Bakıda Farer adalarını məğlub edə bilməyib. “APA-Sport”un məlumatına görə, almaniyalı mütəxəssis Bernard Lippertin rəhbərlik etdiyi olimpiya yığmamız “cırtdan ölkə”nin təmsilçisi ilə Avropa çempionatının seçmə mərhələ oyununda bərabərliyə qalıb – 2:2. 7 ildir rəsmi oyunlarda qələbə qazanmayan komandamızın bu həsrəti hələ xeyli müddət çəkəcək. Hər halda, seçmə mərhələnin son oyununda sentyabrın 10-da səfərdə Albaniyanı məğlub edəcəyimiz heç inandırıcı görünmür. Yığmamız cari seçmə mərhələdə yeganə xalını ötən ilin payızında Bakıda albanlarla 1:1 hesablı heç-heçə etməklə qazanıb.
Qrupumuzda keçirilən İtaliya - Yunanıstan matçında 1:1, Xorvatiya - Albaniya görüşündə isə 4:0 hesabı qeydə alınıb.
Qrupumuzda keçirilən İtaliya - Yunanıstan matçında 1:1, Xorvatiya - Albaniya görüşündə isə 4:0 hesabı qeydə alınıb.
1 | İtaliya | 9 | 7 | 2 | 0 | 20-3 | 23 |
2 | Xorvatiya | 9 | 7 | 0 | 2 | 19-11 | 21 |
3 | Yunanıstan | 9 | 4 | 3 | 2 | 19-13 | 15 |
4 | Albaniya | 9 | 3 | 2 | 4 | 10-13 | 11 |
5 | Farer adaları | 9 | 1 | 1 | 7 | 5-17 | 4 |
6 | AZƏRBAYCAN | 9 | 0 | 2 | 7 | 6-21 | 2 |
0
0