Terim müqaviləsiz çalışır
08.09.2008 - 10:44
Bakı. Kənan Həsənov - APA-Sport. “Ermənistanla oyundan əvvəl keçirdiyimiz toplantılarda futbolçulara dönə-dönə rahatlaşmamağı tapşırmışdım. Ardıcıl uğurlardan sonra qələbə əzminin azalması müşahidə edilir. Biz bunun qarşısını almaq üçün çox çalışdıq”. “APA-Sport”un məlumatına görə. Bu sözləri Türkiyə yığmasının baş məşqçisi Fatih Terim söyləyib. O, Ermənistan milli komandasının çətin rəqib olduğunu bildirib: “Ermənistana səfər istənilən komanda üçün çox ağır olacaq. Yaxşı futbol göstərib, nəticə qazanaraq Türkiyəyə döndüyümüzə görə şükür edirik. Rəqibin altı oyununu izləmişdim. İrəvanda çox komanda xal itirə bilər. Bu isə ilk növbədə bizim xeyrimizə olacaq”.
55 yaşlı mütəxəssis sentyabrın 10-da İstanbulda keçirəcəkləri Belçika ilə oyuna da toxunub. F. Terim bu görüşdə daha diqqətli olacaqlarını deyib: “Artıq Ermənistan qalibiyyətini unudub, Belçika ilə oyuna köklənməliyik. Rəqibin Estoniya ilə görüşünün kasetini əldə etmişik. Gənc futbolçuların üstünlük təşkil etdiyi sürətli bir komandadır. Bu üzdən çox diqqətli olmalıyıq”.
Qeyd edək ki, Türkiyə Futbol Federasiyası (TFF) Fatih Terimlə hələ də müqavilə imzalamayıb. Avropa çempionatından sonra istefa verdiyini açıqlayan, sonradan fikrini dəyişən mütəxəssisin bu problemi aradan qaldırmasına TFF-nin sabiq prezidenti Hasan Doğanın rəhmətə getməsidir. Qurumun yeni seçilmiş rəhbərliyinin F. Terimlə 2012-ci ilədək rəsmi müqavilə bağlayacağı gözlənilir.

0
0