Berti Foqtsdan sensasion açıqlama
08.09.2008 - 10:54
Bakı - APA-Sport. Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts sensasion açıqlama verib. “APA-Sport”un məlumatına görə, mütəxəssis Almaniyanın ARD telekanalına müsahibəsində AFFA rəsmilərindən danışıb. Foqts assosiasiyanın əməkdaşlarını xarici futbolu bilməməkdə suçlayıb: “Onlar öz çempionatlarında necə oynamağı bilirlər. Ancaq beynəlxalq futboldan anlayışları yoxdur”. 62 yaşlı çalışdırıcı hərdən bədbinliyə qapıldığını da gizlətməyib: “Aradabir öz-özümdən soruşuram: doğrudanmı, Azərbaycanda dünya çempionatının final mərhələsinə vəsiqə qazanacaqlarını düşünürlər? Belə vaxtlarda çemodanımı yığışdırıb, evə qayıtmaq istəyirəm”.
Qeyd edək ki, B. Foqtsun AFFA rəhbərliyi ilə 2009-cu il dekabrın 31-dək müqaviləsi var.
Qeyd edək ki, B. Foqtsun AFFA rəhbərliyi ilə 2009-cu il dekabrın 31-dək müqaviləsi var.
0
0