Baxıb türkün bayrağına...
08.09.2008 - 11:02
Baxıb türkün bayrağına...
Bakı. Kənan Həsənov - APA-Sport. “Əlbəttə, bu çox gərgin oyun idi. Amma siyasət ona təsir edə bilmədi”. “APA-Sport”un məlumatına görə, bu sözləri Ermənistan futbol yığmasının baş məşqçisi Yan Poulsen söyləyib. Danimarkalı mütəxəssis Türkiyənin layiqli qələbə qazandığını etiraf edib: “Türkiyə yığması çox güclüdür. Rəqib futbolçular fiziki cəhətdən çox hazırlıqlıdırlar”.

Y. Poulsen bu səbəblərdən sürətli və dəqiq oynaya bilmədiklərini vurğulayıb. O, həmçinin əsas heyət üzvü Robert Arzumanyanın zədələnərək meydanı tərk etməsinin nəticəyə təsir göstərdiyini deyib.

Qeyd edək ki, İrəvanın “Razdan” stadionunda keçirilən görüş Türkiyə yığmasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.
0