Azərbaycan yığmasının futbolçusu ölümdən döndü
08.09.2008 - 12:18
Bakı. Mehman Süleymanov - APA-Sport. Azərbaycan yığmasının sol cinah müdafiəçisi Nodar Məmmədov Uelsdə bədbəxt hadisə ilə üzləşib. “APA-Sport”un məlumatına görə, milli komandamızda ilk oyununu keçirən 20 yaşlı futbolçusu “Millenium” stadionunda keçirilən görüşün ilk hissəsində rəqiblə toqquşmadan sonra huşunu itirərək, yerə yıxılıb. Dili qatlanan Məmmədovun köməyinə yığmamızın həkimləri gəlsə də, əsas işi komanda yoldaşı Cavid Hüseynov görüb. Belə ki, o, Nodarın dilini boğazından çıxara bilib. Həkimlərin də köməyindən sonra oyunu davam etdirən N.Məmmədov yalnız son 15 dəqiqədə Usim Nduka ilə əvəzlənib və yığmamız Uelsdən yeganə qolu məhz bundan sonra buraxıb.
Qeyd edək ki, Almaniyanın “Köln” klubunun kapitanı Ümit Özat da az öncə analoji vəziyyətlə üzləşib. Bundesliqada “Karlsrue” ilə oyunun ilk hissəsində huşunu itirərək, yerə yıxılan türkiyəli futbolçunun dili qatlanmışdı. Həkimlərin müdaxiləsindən sonra həyata qaytarılan Ü.Özatın ürəyində problemlər var.

0
0