George Haci Subaşiçin məşqçisi olacaq?
08.09.2008 - 12:58
Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycan yığmasının hücumçusu Branimir Subaşiçin şərəfini qoruduğu “Srvena Zvezda” klubu başsız qalıb. “APA-Sport”un məlumatına görə, Serbiya təmsilçisinin rəhbərliyi Zdenek Zemanı istefaya göndərib. Buna komandanın UEFA kubokunda mübarizəni erkən dayandırması və daxili birincilikdə zəif start götürməsi səbəb olub. Artıq “Srvena Zvezda”nın baş məşqçisi olmağa namizədlər də müəyyənləşib. Bunlar komandanın sabiq futbolçusu Vladimir Petroviç və George Hacidir.
Qeyd edək ki, Türkiyənin “Qalatsaray” klubunun heyətində UEFA kubokunu və Superkuboku qazanan G. Hacı bir mövsüm İstanbul “nəhəng”inə başçılıq edib.
Qeyd edək ki, Türkiyənin “Qalatsaray” klubunun heyətində UEFA kubokunu və Superkuboku qazanan G. Hacı bir mövsüm İstanbul “nəhəng”inə başçılıq edib.
0
0