Fabio 1-ci, Ağayev 3-cü
08.09.2008 - 15:24
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Fabio Luis Ramim Azərbaycan yığmasının tarixinə düşüb. “APA-Sport”un məlumatına görə, yığmamızın braziliyalı futbolçusu seçmə mərhələ oyununda meydandan qovulan ilk milliləşən legioner olub. Komandamız dünya və qitə çempionatlarının əvvəlki seçmə matçlarında yalnız 8 dəfə qırmızı vərəqə ilə cəzalanmışdı. Bu siyahıda 9-cu olan Fabio əcnəbilər arasında birinci olub.
Kamran Ağayev isə seçmə mərhələ oyununda Azərbaycan milli komandasının penalti dəf edən ikinci qapıçı olub. İndiyədək yalnız Aleksandr Jidkov buna nail olmuşdu. Yığmanın sabiq qapıçısı 1996-cı ildə İsveçrə ilə Bakıda, 1998-ci ildə isə Lixtenşteynlə səfərdə keçirilən matçlarda penaltidən qol buraxmamışdı. Ümumilikdə, seçmə mərhələ qarşılaşmalarında yığmamızın qapısına təyin olunan 12 penaltidən 9-da qol olub.
Ağayev həm də millinin tarixinə 14-cü qapıçı kimi düşüb. Əsas komandada ilk matçını keçirən gənc qapıçı yığmanın tarixinə 153-cü, oyunun gedişində meydana çıxan Aqil Nəbiyev isə 154-cü futbolçu kimi düşüb. Kardiffdə baş tutan görüşədək cəmi 152 oyunçu milli formada meydana çıxmışdı.

0
0