Almaniya yığmasında qalmaqal
08.09.2008 - 16:18
Bakı. Mehman Süleymanov - APA-Sport. Azərbaycanın 2010-cu il dünya çempionatının seçmə mərhələsində əsas rəqiblərindən olan Almaniya yığmasında qalmaqal yaranıb. “APA-Sport”un məlumatına görə, komandanın kapitanı Mixael Ballakla baş menecer Oliver Birhoff bir-birlərinin ünvanına xoşagəlməz sözlər işlədiblər.
Birhoff Lixtenşteyni səfərdə 6:0 hesabı ilə darmadağın etdikləri oyunda zədə səbəbindən iştirak etməyən Ballakın yığmada iştirakını vacib saymayıb: “Göründüyü kimi, Almaniya Ballaksız da yaxşı futbol nümayiş etdirməyi bacarır. Komanda ondan asılı deyil”.
Ballakın cavabı isə belə olub: “Yığma komandamız Birhoffun gəlişinədək də qələbə qazanırdı. Bizim gələcək uğurlarımız ondan asılı deyil. Fərqi yoxdur, Birhoff postunda qalacaq, ya yox”.

0
0