Erməniləri cəzalandırmağa fürsət axtaran futbolçu
09.09.2008 - 09:49
Bakı - APA-Sport. “Fənərbaxça”nın ispaniyalı futbolçusu Daniel Quiza sabah dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində Ermənistana qarşı forma geyinmək istəyir. “APA-Sport”un məlumatına görə, 28 yaşlı hücumçu belə şans yaxalamaq üçün fürsət gözlədiyini deyib: “Bosniya və Herseqovina ilə görüşdə 6 dəqiqə oynadım. Yığmanın növbəti matçında da çıxış etmək üçün fürsət gözləyirəm. Ermənilərin qapısına qol vurub, onları cəzalandırmaq istəyirəm”. Quiza “Fənərbaxça”dakı durumuna da toxunub. O, Türkiyə Superliqasının ilk iki turunda fərqlənə bilməməsini obyektiv səbəblərlə əlaqələndirib: “Çünki İspaniya ilə müqayisədə, Türkiyə çempionatında çoxlu qol vurmaq çətindir. Sadəcə, milli komandadakı yerimi möhkəmləndirmək məqsədilə “Fənərbaxça”da oynamağa üstünlük vermişəm”.
0
0