Terim seçimini etdi
09.09.2008 - 10:00
Bakı. Kənan Həsənov - APA-Sport. Türkiyə yığmasının baş məşqçisi Fatih Terim tutduğu postu tərk etməyəcək. “APA-Sport”un məlumatına görə, 55 yaşlı mütəxəssis İngiltərənin “Nyukasl” klubundan aldığı sərfəli təklifi rədd edib. O, vədinə əməl edərək 2012-ci ilədək milli komandanı çalışdıracağını bildirib: “Verilmiş sözüm var, gedə bilmərəm. Əksini etsəm mənə yaraşmaz”.
Qeyd edək ki, Terim sabah İstanbulda keçiriləcək Belçika ilə oyundan sonra Türkiyə Futbol Federasiyasının yeni rəhbərliyi ilə müqaviləsinin detallarını müzakirə edəcək.
Qeyd edək ki, Terim sabah İstanbulda keçiriləcək Belçika ilə oyundan sonra Türkiyə Futbol Federasiyasının yeni rəhbərliyi ilə müqaviləsinin detallarını müzakirə edəcək.
0
0