Stefan Appya həyatı ilə qumar oynayır
09.09.2008 - 10:30
Stefan Appya həyatı ilə qumar oynayır
Bakı. Mehman Süleymanov - APA-Sport. Türkiyənin “Fənərbaxça” klubunun sabiq üzvü Stefan Appya həyatı ilə qumar oynayır. “APA-Sport”un məlumatına görə, həkimlər 27 yaşlı yarımmüdafiəçiyə futbol oynamağı qadağan etsələr də, Appya Qana yığmasının heyətində çıxışını davam etdirir.

Uzun fasilədən sonra futbola dönən Stefana ölümlə oynadığı rəsmən bildirilib. “Fənərbaxça”nı tərk etdikdən sonra İtaliyaya qayıdan futbolçunun qanında ciddi problemlər olduğu təsdiqlənib.

Appya isə bildirib ki, yaxın zamanlarda İngiltərənin Premyer-Liqa klublarından birinə keçmək fikrindədir. Onunla “Arsenal”, “Vest Hem” və “Portsmut” maraqlanır: “Yeni klubumla şəxsi müqaviləmi artıq razılaşdırdığımı etiraf edirəm. Futbolçu karyeramı hansı klubda davam etdirəcəyimə həftəsonunadək aydınlıq gələcək”.

“Fənərbaxça” ilə müqaviləsi ilə bu yay başa çatan S.Appya hazırda sərbəst futbolçu olduğundan, “transfer pəncərəsi”nin müddətindən asılı olmayaraq, istənilən klubla keçə bilər.
0