Semih “canavarlar”ın mühasirəsində
09.09.2008 - 10:32
Bakı - APA-Sport. Türkiyənin ulduz futbolçusu Semih Şəntürkə daha bir müştəri çıxıb. “APA-Sport”un məlumatına görə, gənc hücumçunu İtaliya “Roma”sı transfer etmək niyyətindədir. Bu məqsədlə italiyalılar Semihin “Fənərbaxça”nın heyətində Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində MTK (Macarıstan) ilə səfər matçında oyununu izləyiblər. Həmin qarşılaşmada “Fənərbaxça”nın 5 qolundan 4-nə imza atan Şəntürk “Roma” menecerlərini yaxşı mənada heyrətləndirib. Onlar ötən həftə İrəvana da səfər edərək, Semihin Ermənistanla görüşdə çıxışına baxıblar. Futbolçunu bəyənən “canavarlar” onunla münasibətləri rəsmiləşdirmək istəyiblər. Lakin Semihin vəkili Şenol Çilek hücumçunun “Fənərbaxça” ilə yeni müqavilə bağladığını söyləyib. Eyni zamanda, o, italiyalılara qış transfer mövsümündə İstanbul klubunun rəhbərliyinə rəsmi müraciət etməyi məsləhət görüb.
Qeyd edək ki, Semih az öncə “sarı-lacivərdlilər”lə razılaşmasının müddətini “2+1 il” prinsipinə uyğun artırıb.
Qeyd edək ki, Semih az öncə “sarı-lacivərdlilər”lə razılaşmasının müddətini “2+1 il” prinsipinə uyğun artırıb.
0
0